SON XƏBƏR

Stoltenberq İranın Rusiyaya hərbi dəstəyindən danışdı

Oktyabr 26
00:19 2022
"Rusiya tez-tez başqalarını özünün etdiyi əməllərdə ittiham edir”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, Rusiya Ukraynanı öz ərazisində radioloji "çirkli bomba” istifadə etməsi barədə iddia ilə üz-üzə qoyub.

"NATO müttəfiqləri bu açıq-aşkar yalan iddianı rədd edir. Rusiya tez-tez başqalarını özünün etdiyi əməllərdə ittiham edir. Biz bu nümunələri Suriyada, Ukraynada görmüşük”,- deyə Stoltenberq bildirib.

NATO Baş katibi deyib ki, Rusiya gərginliyin daha da artmaması üçün saxta bəhanələrdən çəkinməlidir:

"Dünya bunu diqqətlə izləyir”.

Stoltenberq İranın Rusiyaya hərbi dəstəyinə də toxunub.

"Son günlər İranın Rusiyanı müharibədə dəstəklədiyini görmüşük. Bu qəbuledilməzdir. Heç bir ölkə qanunsuz müharibədə təcavüzkara kömək etməməlidir. Ona görə də mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı güclü sanksiyalar tətbiq etməsini alqışlayıram”, - deyə NATO Baş katibi vurğulayıb.

Stoltenberq əlavə edib ki, NATO Ukraynadakı müharibədə iştirakçı tərəf deyil.

"Biz nə qədər lazımdırsa o qədər də Ukraynanın fundamental özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyik”, - deyə alyans rəhbəri bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook