SON XƏBƏR

Ştaynmayer Türkiyəni Almaniyanın strateji həmkarı adlandırıb

Oktyabr 06
11:42 2021
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer Türkiyəni Almaniyanın strateji həmkarı adlandırıb.
Bu barədə oktyabrın 5-də «Hurriyet Daily News» qəzeti xəbər verib.

Frank-Valter Ştaynmayer bu barədə qəzetə müsahibəsində deyib. O bəyan edib: «Türkiyə ilə bizim aramızdakı unikal əlaqə təkcə bizim insani əlaqələrimizlə müəyyən olunmur. Türkiyə Almaniyanın mühüm strateji həmkarıdır - onun ölçüləri, coğrafi vəziyyəti və siyasi çəkisi baxımından…»

Türkiyənin Avropa İttifaqına daxil olmasından danışarkən, Almaniya Prezidenti qeyd edib: «Bu yol mümkündür ki, bir qədər çətin və mürəkkəb olsun, necə ki, biz arzu edirik. Son illər biz Türkiyədəki bir çox hadisələrdən narahat oluruq. Amma bircə şeyi demək olar: biz heç vaxt Türkiyədəki situasiyaya biganə qala bilmərik».

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook