"Status-kvonun dəyişməsinin heç kimə faydası olmayacaq" - Hulusi Akar
Mart 01
11:51
2022
"Bu illər ərzində Montrö statusu çox uğurla davam edib. Sözügedən konvensiya bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də giriş-çıxışını tənzimləyir”.
"Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
Onun sözlərinə görə, Montrö konvensiyasının sıradan çıxarılması və status-kvonun dəyişməsinin heç kimə faydası olmayacaq: "Montrö Konvensiyasını qorumaqda fayda görürük. Biz bu çərçivədə işimizi davam etdiririk. Arzumuz budur ki, bu problemlər ən qısa zamanda sülh yolu ilə, diplomatik yollarla həll olunsun və bölgədə yenidən sülh və əmin-amanlıq hökm sürsün. Biz bunun üçün çalışırıq”.
Milli müdafiə naziri bildirib ki, Türkiyə Montrö Konvensiyasının 19, 20 və 21-ci maddələrini həyata keçirməyə davam edəcək:



