SON XƏBƏR

ÜST: Koronavirus Çində yaranmayıb

Mart 30
08:22 2021
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.

"Report” zəbər verir ki, "The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.

Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yaylmağa başlaması barədə suala qəti cavab vermirlər.

"Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook