Şri-Lankadakı terrorla bağlı kütləvi həbslər başladı
Aprel 22
12:04
2019
Şri-Lankada yerli hüquq-mühafizə orqanları əməkdaşları törədilən silsilə partlayışlarla əlaqədar 24 nəfəri şübhəli şəxs qismində saxlayıb.
Son rəqəmlərə görə, itki sayı 290 nəfərə çatıb, 500 nəfər yaralanıb. Qurbanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları yer alır.
Bu barədə "News 1st” telekanalı yerli polis rəsmisinə istinadən məlumat yayıb.
Bundan əvvəl 13 nəfərin polis nəzarətinə götürüldüyü bildirilirdi.
Oxu.az xatırladır ki, Şri-Lankada Pasxa bazarında silsilə terror hücumları törədilib: ilk altı partlayış üç kilsədə, üç partlayış ölkənin müxtəlif otellərində, yeddinci partlayış adanın qərbində, səkkizinci isə şəhərkənarı Kolombo qəsəbəsinin yaşayış kompleksində baş verib.