SON XƏBƏR

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

Avqust 05
11:59 2022
"Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları "Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Bununla bağlı istefa verən 4 redaktor sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.(azpolitika.info)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook