"Space" TV-nin rəhbəri Vaqif Mustafayev kino adı ilə işçisinə toy etdi - VİDEO
Avqust 23
02:47
2020
Son vaxtlar nədənsə karantin qaylarını pozub, toy, nişan və bu kimi məclislər keçirənlərin sayı xeyli çoxalıb. Amma, xalqa nümunə olub da, daha səbirli davranmalı şəxslərin də bunu etməsi insanları haqlı olaraq qıcıqlandırdı.
Qlobal.az BAKU.TV-yə istinadən xəbər verir ki, daha bir qayda pozuntusu spacenin proqram departamentinin rəhbəri Tomadan gəldi. Əsl adı Tamara Məmmədova ola bu xanım Kollektivdə "Toma ” kimi tanınır. Zaman- zaman KİV.lərdə yayılan məlumatlarda bu xanımın "Space” telekalının binasında özünü şəxsi villasındakı kimi aparmaq, istədiyi işçini istədiyi an mühafizənin köməyilə bayıra atmaq, hanısısa qonağını xoşlamadığı verilişi efirə buraxmamaq, qılıncının altından keçməyənləri cəzalandırmaq iqtidarındadır. Ona kanalındakı, bəli, səhv eşitmədiniz kanalındakı səlahiyyətləri yetmir. O cəmi 3 il Space-də çalışsa da, ötən il Vaqif Mustafayevin dəstəyi ilə jurnalistlərə verilən evlərdən pay ala bilib. Və bu da Space-də 10 ildən artıq işləyən əməkdaşlar arasında narazıçılıq yaradıb.
Üstəlik o, həm də ölkənin belə bir həssas zamanında, pandemiya dövründə karantin qaydalarını poza da bilir, toy da keçirə bilir. Bir neçə gün bundan əvvəl Space-nin rəhbəri Vaqif Mustafayevin də dəstəyi və tövsiyyəsilə Toma Novxanıda öz bacısına toy mərasimi keçirib. Qaydasız-qanunsuz toy... Aldğımız məlumata görə, toyda şou aləminin bir çox tanınmış nümayəndələri iştirak edib. Toyun təşkilatçısı isə "Yanar Saat” verilişinin tanınmış aparıcısı Anar Vaqifoğlu olub. Aparıcı isə "Toppuş bacı” kimi tanını Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev olub. Məhşur qonaqlar sırasında aparıcı Mikayıl Güləddinoğlu, tanınmış rejissor Fuad Əlişovun bacısının da iştirak etdiyi deyilir. Gördüyünüz bu şəkil isə toydan əldə etdiyimiz yeganə sübutdur.
Bu mövzuyla bağlı toy iştirakçıları ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Space-nin proqram departamenti rəhbərinin köməkçisi Aynurə xanım isə toyla bağlı heç bir fikrinin olmadığını deyərək, nədənsə telefonu necə deyərlər, üzümüzə bağladı. Amma əlimizdəki şəkildə Aynurə xanımı görmək mümkündür.
Əldə edilən məlumata görə, toyun keçirilməsinin qarşısını almağa gələn polis əməkdaşlarına burada sadəcə Space telekanalı üçün çəkiliş prosesinin getdiyi deyilib.

Nəzərinzə çatdıraq ki, pandemiya ilə əlaqədar Azərbaycan kütləvi tədbirlər, o cümlədən toylar, həmçinin 6 nəfərdən artıq toplaşmaq qadağandır.