SON XƏBƏR

SP reytinq təşkilatı: Rusiya Lenindən sonra ilk dəfə defolt olacaq

Aprel 12
13:30 2022
Kredit reytinqi təşkilatı "Standant and Poor`s” (SP) bildirib ki, Rusiya xarici borclarında defolt olub, çünki borc sahiblərinə dollar əvəzinə rublla ödəniş etməyi təklif edib.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, təşkilatın bildirdiyinə görə, Rusiya ödəniş etməli olduğu iki borcuna görə dollar əvəzinə rubl təklif edib, bu isə seçimli defolt deməkdir.

Seçimli defolt hər hansı qurumun bütün borclarını ödəyə bilməməsini yox, müyyən öhdəliyini yerinə yetirə bilməməsini nəzərdə tutur.

Tam xarici valyuta defoltu bolşevizmin rəhbəri Leninin Çar hökümətinin borclarını qaytarmaqdan imtina etməsindən bu yana ilk olacaq.

Hazırda Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiya səbəbindən Rusiya özünün 315 milyard dollar xarici valyuta ehtiyatlarını əldə edə bilmir.

Keçən həftə Kremlin sözcüsuz Dmitri Peskov Rusiyanın ödəniş etmək üçün dollarının olduğunu, ancaq onu hazırda əldə edə bilmədiyini və buna görə də hər hansı defoltun süni olacağını bildirmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook