SON XƏBƏR

Şoyqu: Xankəndi və Şuşa şəhərlərinin ərazisində dörd müşahidə məntəqəsi qurulub

Noyabr 13
21:01 2020
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinlə Qarabağ humanitar məsələləri ilə bağlı görüşündə deyib ki, Dağlıq Qarabağda humanitar problemlər artır.

O bildirib ki, hərbi nəqliyyat aviasiyası üç gündə 1100-dən çox rus sülhməramlısını Dağlıq Qarabağa köçürüb, Tass agentliyi yazır.

"Üç gün ərzində 73 təyyarə reysi həyata keçirilib, 1103 hərbçi, 168 texnika daşınıb," – nazir deyib.

Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq, rusiyalı nazir bildirib.

"Digər bir sülhməramlı bölmə Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah bu zonada səkkiz postun yerləşdirilməsini başa çatdırmağı planlaşdırırıq,"- cənab Şoyqu deyib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, 10-11 noyabr tarixlərində Laçın dəhlizi nəzarət altına alınıb, cümə axşamı saat 17: 00-da sülhməramlılar Xankəndiyə daxil olublar və Xankəndi və Şuşa şəhərlərinin ərazisində dörd müşahidə məntəqəsi qurulub.

"Bu gün "Cənub” məsuliyyət zonasında müşahidə məntəqələrinin yerləşdirilməsini başa çatdırırıq. Ümumilikdə, bu zonada doqquz məntəqə olacaq,"-deyə müdafiə naziri əlavə edib.
 
Mənbə: BBC
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook