SON XƏBƏR

Şoyqu Ukraynanın son 6 ayda verdiyi itkiləri açıqlayıb

Dekabr 01
16:10 2023
Ukraynanın əks-hücumu zamanı Kiyev 6 ay ərzində 125 mindən çox canlı qüvvəsini itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Ukraynada ümumi səfərbərlik, Qərb silahlarının tədarükü və Ukrayna komandanlığının strateji ehtiyatlarının hərbi əməliyyatlara cəlb edilməsi döyüş meydanındakı vəziyyəti dəyişməyib.

Rusiya MN başçısı Ukrayna tərəfinin son altı ayda itkilərini də açıqlayıb.

"Əks-hücum adlandırılan altı ay ərzində Ukrayna 125 mindən çox insan və 16 min ədəd silah-sursat itirib", deyə Şoyqu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook