Şoyqu Qarabağa qaytarılan qaçqınların sayını açıqladı
Dekabr 21
17:23
2020
Noyabrın 10-da əldə olunan üçtərəfli razılığa müvafiq olaraq Rusiya hərbi kontingenti tərəfindən Dağlıq Qarabağ ərazisində uğurla sülhməramlı əməliyyatı həyata keçirilir.
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin rəhbərliyi altında keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, qısa müddət ərzində Rusiya qoşunları təyin olunmuş rayonlarda yerləşdiriliblər və 23 müşahidə postunda öz vəzifələrinin icrasına başlayıblar: "Bu günə kimi bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib. Laçın dəhlizi ilə mülki nəqliyyatın təhlükəsiz hərəkəti açıq dəstəklənir. Rusiya sülhməramlılarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında "hamının hamıya” prinsipi əsasında hərbi əsirlərin mübadiləsi baş tutub. Eləcə də həlak olanların meyitlərinin mübadiləsi olub”.



