Şoyqu KTMT kontingentinin vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacağını bildirib
Yanvar 11
13:27
2022
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstandakı vəziyyət tam sabitləşdikdən sonra missiyasını başa vuracaq.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
"Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə ölkədə vəziyyət tamamilə sabitləşənə qədər həyata keçiriləcək” - Rusiya MN başçısı vurğulayıb.



