SON XƏBƏR

Şoyqu artıq Bakıdadır

Avqust 25
14:06 2020
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020”nin Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-in məlumatında Şoyqunun səfər çərçivəsində Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook