Soylu ATALI: Zərdüşt bizim deyil, Babək bizim deyil, Şah İsmayıl pisdir, bəs bu Azərbaycan nə deməkdir?!
Sentyabr 14
19:55
2016
Bu günlərdə dövlət xadimi, ixtisasca tarixçi alim Həsən Həsənov
müsahibəsində atəşpərəstlik dininin banisi sayılan Zərdüştlə bağlı bəzi
fikirlər söyləyib. O, Zərdüştlüyü atəşpərəst saymır və onu türksoylu xalqların
düşüncəsinə, mənəviyyatına zidd sayır. Bununla bağlı tanınmış fikir aydını,
Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının fikirlərini soruşduq.
Qlobal.az müsahibəni oxuculara təqdim edir:
- Soylu bəy, bir neçə gün öncə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov müsahibəsində Zərdüştlüyü türkəsilli xalqların düşüncəsinə və mənəviyyatına zidd adlandırıb. Tarixçi alimin bu sözləri nə dərəcədə doğrudur?
Zərdüştçülük inancına gəlincə, bu, "Od İşığı” ideyasıdır, Göy Tanrıçılığın davamıdır. Özündən sonrakı bütün dini baxışlara etki göstərmişdir. Azərbaycançılığın ruhani mahiyyətini ifadə edir. Biz bilə bilmədik ki, "Azərbaycan mənəviyyatına ziddir” deyəndə Həsənov nəyi nəzərdə tutur? Zərdüşt inancının əsas kitabı Yasnalar və onlara özgün olan Qatalardır. Bunlar da himn və dualardan ibarətdir. Sonra Vendidad, Vispred, Yaştalar gəlir ki, bunlar da müxtəlif münasibət kodekslərini daşıyırlar.Ümumən həyata yanaşma, özəllikcə ailə məsələsi ilə bağlı mənəviyyat ölçüləri Zərdüştlükdə ən yüksək səviyyədədir. Əhəmənilər Zərdüştlüyü rəsmi dövlət dini kimi qəbul edəndən sonra, bu dinin yasalarında, özlərinin istəklərinə uyğun dəyişikliklər ediblər. Yanılmıramsa, hökmdar Kirin nəvəsi olub, o, öz bacısı ilə ailə qurmaq üçün dinin ailə prinsiplərində dəyişiklik həyata keçirib. Bəlkə Həsənov "ziddir” deyəndə bunları nəzərdə tutub. Bilməyimiz gərəkdir ki, Əhəmənilərin bu və buna bənzər yolverilməz işlərinin türk xarakterinə heç bir özgünlüyü yoxdur.
- Zərdüştlüyü xalqa tanıdan həm də Asif Ata olub. Atada Zərdüştliyə bir vurğunluq var. Hətta müsahibələrinin birində Zərdüştü bəşəriyyətin birinci peyğəmbəri adlandırıb. Asif Atanı ideoloji olaraq Zərdüştə bağlayan nə idi?
- Ata Zərdüştdən bəhrələnib. Dediyimiz kimi, "Od İşığı” ideyasını yüksək qiymətləndirir. Ümumiyyətlə, Odun İşıq anlamı Atada da müqəddəsdir. Türkdə odsevərlik (atəşpərəstlik) yox, İşıqsevərlik olub. Od çirk götürmür, yandırır. Yandıqca işıq əmələ gəlir. İşıq mənəviyyat gözəlliyi deməkdir. Bu, böyük ideyadır. Ancaq Ata Zərdüştçü deyil, Mütləqçidir. Özünün daha kamil Dünyabaxış sistemi var. Dünyanın dünyadan böyük Mənasına inam – Varlığa münasibətin yeni aşamasıdır.Zərdüştdə arı duyğu, arı düşüncə, arı əməl Odun İşıqçılıq anlamını doğruldur. Asif Atada Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə – İnsanlaşma ideyasının özül prinsipidir. Bu ideyalar çox doğmadır – türk ruhundan gəlir.
- Avestanın qısa məzmunu xeyirxahlıq olsa da onun ilkin mərhələlərdə iki milyondan artıq misradan ibarət olduğu deyilir. Ola bilərmi ki, Avestanın ideologiyasının sıradan çıxmasına səbəb misralarının "insan ömrünə sığmaması"dır?
- Həsən müəllim müsahibəsində Avestada Franqrasyan, pəhləvi mənbələrində isə Frasyaq adlı şəxsi və onun mənsub olduğu etnik qrupun adını müəyyənləşdirməyin vacibliyini qeyd edib. Siz bu adlara rast gəlmisinizmi?
- Franqrasyan, Pəhləvi qaynaqlarında Frasyaq, Firdovsinin "Şahnamə”sində Əfrasiyab Maday (Midiya) hökmdarı Alp Ər Tonqanın adıdır.
Alp Ər Tonqa derlər bir xaqan vardı,
Ona yer üzü dar, göy üzü dardı.
Tuğ (sultan) eləmişdi göy yüzünə günəşi.
Bilgəlikdə dəxi yoxdu bir eşi.
Göy Türk, Uyğur, Karluk, Qaraxanlı.
Daha neçə Türklər adları şanlı,
Onu özlərinə ata saydılar,
Şöhrətini dörd bucağa yaydılar.
Uçmağa (behişt) varınca ol ulu xaqan,
Yıxıldı üstlərinə göy kurıqan...
Anca qanlı yaş töküb yoğladılar (donub qalmaq)
(Firdovsi əsərində onu çox aşağılayır). Farsların xəyanəti sonucunda qətlə yetirilib. Alp Ər Tonqa dastanını Turan salnaməsi saymaq olar. Bununla qürur duymaq gərəkdir.
- Sizcə tarixçi alim Franqrasyanın Əfrasiyab- Alp Ər Tonqa olduğundan xəbərsizdir?
- O zaman tarixçi alimin hansı tutarlı arqumentləri varsa, buyursun bizləri tanış etsin. Görək onu təmin etməyən məsələlərin kökü nəyə gedib dayanır.
İşin qəribə cəhəti ondadır ki, belə məsələlərlə bağlı ziddiyyətli fikirlərin formalaşmasını tarixçi alimlər sağlayır. Nədən tarixçi alimlərin bir çoxlarının düşüncələri milli dəyərlərimizin inkarı üzərində gəzişir? Əgər sayğıdəyər Həsən Həsənov bu məsələlərə aydınlıq gətirsə sevinənlərdən olarıq.
- Avestada etnik qruplar konkret olaraq Xeyir və şərə bölünür, Bu barədə nə deyə bilərsiz?
- Əhəmənilərin dəyişiklik elədikləri mətnlərdə belə şeylərə rast gəlmək olar. Ancaq Zərdüşt İnancında etnik bölücülükdən söz gedə bilməz. İnsanlıq uğrunda, İnsan uğrunda Hürmüzün döyüşü, Xeyirin Şər üzərində qələbə çalmaq məqsədi bəşəri anlam daşıyan ideyadır. Bu böyük ideyanı etnik separatizm səviyyəsinə endirib cılızlaşdırmaq yolverilməzdir.
- Avesta dini xarakterə malik kitab sayılmaqla yanaşı həm də tarixi mənbə kimi istifadə olunur. Amma bu kitabda fars adına rast gəlinmir. Daha doğrusu farslara arilər deyilir, Onların əslən hind-iran köçəri tayfa olduqları deyilir. Avestanın mətnlərinin bir çox hissəsinin məhvinə səbəb bu yazılanlar ola bilərmi?
- Doğrudur, Avesta bilik sistemidir. Hətta Zərdüştün İnancı ilə sınırlanmır, ondan öncəki çağların bilgiləri də bu mədəniyyət sistemində öz əksini tapmışdır. Ancaq dediyimiz kimi, iki dəfə yandırıldığına görə bizə bəlli olmayan bir sıra şeylər silinib gedib.
- Avestada türk etnosuna aid olan adlar var?
- O çağlarda prototürk adları olub. İndi o adlar işlədilmir. Bunları tutuşdurub aydınlıq gətirmək etnoqrafların işidir. Bu məsələləri işləmək böyük qeyrət məsələsidir.
- Həsən müəllim iddia edir ki, Zərdüştilik atəşpərəstlik deyil, zərdüştilər atəşə pərəstiş etmirlər. Atəşə pərəstiş edən xalq isə islamaqədərki türk əsilli xalqlardır...
- Məncə yuxarıdakı cavablarımız bu sualı da qapsayır. "Od İşığı” ideyası Göy Tanrıçılıqda da var, Zərdüştçülükdə də. Hürmüz əslində Əhrimən qaranlığını Od İşığı ilə yarır. Əhrimən ürəklərdə qaranlıq bəsləməyə çalışır. Bu qaranlıqda məkr, fitnə, qəbahət... böyüyür. Eybəcərlik insanın duyğularına, düşüncələrinə, əməllərinə yayılır. Bu zaman Hürmüz işığı (od) qaranlıqları yarır, duyğulardakı, düşüncələrdəki, əməllərdəki məkri, fitnəni, qəbahəti təmizləyir, mənəviyyat işığa çevrilir. Od çirkabı yandırdıqca işığa çevrilir. Arı (təmiz) duyğu, arı düşüncə, arı əməl ideyası təsdiq olunur.
- Siz sualı cavablandırmadınız. Zərdüştilik atəşpərəstlikdirmi?
- Mən sualı cavablandırdım. Yuxarıda dedim ki, türklər odsevər, yəni atəşpərəst olmayıblar, İşıqsevər olublar. Odun İşıq anlamı əsas götürülüb. Zərdüştçülük də həmin şeydir. Odla çirkin yandırılıb təmizlənməsi ideyası. Bu ideya onu Prometey atəşçiliyindən fərqləndirir. Yəni odun istisini deyil, işığını qəbul edir. Bu elə sizin soruşduğunuz atəşpərəstlik məsələsidir.
- Zərdüştlə İsanın həyatının oxşar cəhətlərinin çoxluğundan danışılır. Bu şəxslərin sadə insanlardan daha çox müridlərinin əhatəsində olduğu deyilir.Ancaq roma tarixçisi Diodor İsadan fərqli olaraq Zərdüştin Bəlx şahı olduğunu yazır. Zərdüştin siyasi həyatı haqqında bilgilər doğrudur?
- Zərdüşt heç yerin şahı olmayıb, ayrı-ayrı çağlarda təqiblərə uğrayıb. Olduqca yoxsul həyat sürüb.
- Son olaraq Avesta, Zərdüştilik və türk etnosu haqqında nə deyərdiniz?
- Ümumiləşdirib deyəcəm. Zərdüşt Azərbaycanlıdır. O, özünün "Doğum Kitabı”nda yazır ki, gəncliyində biliyi Xarranda müdrik İlyasdan alıb.
Sonra, "Zərdüştlüyün mifologiyası” kitabında belə bir bölmə var: "O gecə ki, Zərdüşt doğulacaqdı, Əhrimən bütün devlər üzərində hökmranlıq edən ən qəddar devləri bir yerə çağırıb yenicə dünyaya gələcək uşağı öldürmək əmriylə Foruşaspın evinə göndərdi. Lakin Ahuranın xeyirxah əməlləri doğan qadını müdafiə ilə xüsusi Xvarna və ailə odu ilə əhatə etdi və devlər nəinki Dukdauba ziyan vura bilmədilər, onlar heç evə də yaxın düşə bilmədilər. Odun və Xvarnanın şöləsi onlar üçün dözülməzdir...”. Baxın, bu da Zərdüştün Odsevər (atəşpərəst) olduğuna bir fakt. Odçuluq Zərdüşt doğulandan onun aqibətinə girib. (Haşiyə çıxım: Odsevərlik mahiyyətcə İşıqsevərlikdir).
Zərdüştün davamçıları maqlar (muğlar) olub. Maqlar Azərbaycan türkəsilli kahinlərdir.
Əhəmənilər hakimiyyətə gələndən sonra Zərdüştçülüyü dövlət dini elədilər. Avestanı öz dillərinə çevirdilər, bu zaman bir sıra dəyişikliklər etdilər. Zərdüştçülük ilk dəfə Madayların dini olub, Yaxın Doğuya da onlardan yayılıb.
Zərdüştçülük məbədləri atəşgahlar adlanıb. Həmin atəşgahlar bu günə qədər də yaşadılır. Abşeronda, Güney Azərbaycanın bir sıra bölgələrində, o sıradan Urmiyada Azərqoşəst atəşgahı Zərdüştçülüklə bağlıdır.

- Mən o müsahibəni oxudum. Doğrusu, tam anlaya bilmədim. Həsənov orada tarixçi kimi deyil, diplomat
kimi danışır. Tarix – məntiqli arqumentlərlə doğrular. "Gedib axtarıb
oxusunlar, filan etnik kimdir, filan söz nədir” – bu, tarixçi yanaşması deyil.
Belə ciddi məsələlərlə bağlı tələm-tələsik mövqe sərgiləmək heç nəyə aydınlıq
gətirmir. Elə bil Dış İşlər baxanı jurnalistin sualına cavab verir – örtülü,
qapalı, tapmacalı. Mən anlayıram, ola bilər Həsənov tarixən farslarla türklər
arasında olan ziddiyyətləri nəzərdə tutur və diplomat olduğu üçün, onu (siyasi
don geydirilə bilər deyə) açıq danışa bilmir. Belədirsə, ümumiyyətlə münasibət
bildirməməsi doğrudur.
Zərdüştçülük inancına gəlincə, bu, "Od İşığı” ideyasıdır, Göy Tanrıçılığın davamıdır. Özündən sonrakı bütün dini baxışlara etki göstərmişdir. Azərbaycançılığın ruhani mahiyyətini ifadə edir. Biz bilə bilmədik ki, "Azərbaycan mənəviyyatına ziddir” deyəndə Həsənov nəyi nəzərdə tutur? Zərdüşt inancının əsas kitabı Yasnalar və onlara özgün olan Qatalardır. Bunlar da himn və dualardan ibarətdir. Sonra Vendidad, Vispred, Yaştalar gəlir ki, bunlar da müxtəlif münasibət kodekslərini daşıyırlar.Ümumən həyata yanaşma, özəllikcə ailə məsələsi ilə bağlı mənəviyyat ölçüləri Zərdüştlükdə ən yüksək səviyyədədir. Əhəmənilər Zərdüştlüyü rəsmi dövlət dini kimi qəbul edəndən sonra, bu dinin yasalarında, özlərinin istəklərinə uyğun dəyişikliklər ediblər. Yanılmıramsa, hökmdar Kirin nəvəsi olub, o, öz bacısı ilə ailə qurmaq üçün dinin ailə prinsiplərində dəyişiklik həyata keçirib. Bəlkə Həsənov "ziddir” deyəndə bunları nəzərdə tutub. Bilməyimiz gərəkdir ki, Əhəmənilərin bu və buna bənzər yolverilməz işlərinin türk xarakterinə heç bir özgünlüyü yoxdur.
- Zərdüştlüyü xalqa tanıdan həm də Asif Ata olub. Atada Zərdüştliyə bir vurğunluq var. Hətta müsahibələrinin birində Zərdüştü bəşəriyyətin birinci peyğəmbəri adlandırıb. Asif Atanı ideoloji olaraq Zərdüştə bağlayan nə idi?
- Ata Zərdüştdən bəhrələnib. Dediyimiz kimi, "Od İşığı” ideyasını yüksək qiymətləndirir. Ümumiyyətlə, Odun İşıq anlamı Atada da müqəddəsdir. Türkdə odsevərlik (atəşpərəstlik) yox, İşıqsevərlik olub. Od çirk götürmür, yandırır. Yandıqca işıq əmələ gəlir. İşıq mənəviyyat gözəlliyi deməkdir. Bu, böyük ideyadır. Ancaq Ata Zərdüştçü deyil, Mütləqçidir. Özünün daha kamil Dünyabaxış sistemi var. Dünyanın dünyadan böyük Mənasına inam – Varlığa münasibətin yeni aşamasıdır.Zərdüştdə arı duyğu, arı düşüncə, arı əməl Odun İşıqçılıq anlamını doğruldur. Asif Atada Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə – İnsanlaşma ideyasının özül prinsipidir. Bu ideyalar çox doğmadır – türk ruhundan gəlir.
Sorunuzun ikinci çalarına gəlincə, doğrudur,
Ata Zərdüştü bəşəriyyətin ilk peyğəmbəri sayır. Ataya görə peyğəmbərliyin
anlamı da fərqlidir. Peyğəmbər sözünün hərfi anlamı Allahdan soraq gətirən elçi
olsa da, onun fəlsəfi-ruhani anlamı Allahlıq, İnsanlıq məsələlərinə münasibət
sərgiləyən Dünyabaxış yaradıcılığıdır. Başqa sözlə, Tanrısal sistemi
yalanlardan arındırıb insanın yaşam nizamına doğru ölçülər verməkdir.
Zərdüştçülükdə mifoloji faktorlar üstünlük təşkil eləsə də, yaşama sunulan
quralları sağlam idi. Ona görə Ata Zərdüştü o birilərdən üstün peyğəmbər
sayır...
- Avestanın qısa məzmunu xeyirxahlıq olsa da onun ilkin mərhələlərdə iki milyondan artıq misradan ibarət olduğu deyilir. Ola bilərmi ki, Avestanın ideologiyasının sıradan çıxmasına səbəb misralarının "insan ömrünə sığmaması"dır?
-
Avestanın bütöv şəkildə bizə gəlib çatmamasının başlıca nədəni onun iki dəfə
toplu halında yandırılmasıdır. Birinci dəfə Makedoniyalı İsgəndər Doğuya yürüş
edərkən yandırmışdı. Doğuda Avesta mədəniyyəti bütün mədəniyyətlərdən yüksək
idi. Bundan qat-qat aşağı olan Ellin mədəniyyətini bizlərə vermək çətin idi.
İsgəndər bunu anladığı üçün Avesta mədəniyyətinin yazılı qaynaqlarını oda
tutmuşdur. (Ən çox Əhəməni katiblərinin dəyişiklik elədiyi əsərlər bizə gəlib
çatmışdır). Görünür, bunu İsgəndərə öyrətməni, azman elm adamı Aristotel
anlatmışdır.
İkinci dəfə Avesta qaynaqlarını, bizə İslam
mədəniyyəti gətirən ərəblər yandırmışlar. Bu da Avesta mədəniyyətinin İslam
mədəniyyətindən yüksəkdə durmasına görə idi. Həm yandırıblar, həm də
böhtanlayıblar. Bu gün bəzi özümüzünkülər də, ən çox ərəb qaynaqlarına dayanıb
dəyərlərimizi köhnə böhtanlarla sıradan çıxarmağı davam edirlər. Yaxşı, Zərdüşt
bizim deyil, Babək bizim deyil, Şah İsmayıl pisdir, bəs bu Azərbaycan nə
deməkdir?! Azərbaycanın dəyərlərini danıb onu havadan asılı qoymaqla nəyə
uğraşmaq istəyirlər?! Zərdüştü İslamın xeyrinə rədd edirlər, Babəki İslamın
xeyrinə vururlar, Dədə Qorqudu İslamın xeyrinə cavanlaşdırırlar. Hara gedirik
görəsən?!
- Həsən müəllim müsahibəsində Avestada Franqrasyan, pəhləvi mənbələrində isə Frasyaq adlı şəxsi və onun mənsub olduğu etnik qrupun adını müəyyənləşdirməyin vacibliyini qeyd edib. Siz bu adlara rast gəlmisinizmi?
- Franqrasyan, Pəhləvi qaynaqlarında Frasyaq, Firdovsinin "Şahnamə”sində Əfrasiyab Maday (Midiya) hökmdarı Alp Ər Tonqanın adıdır.
Alp Ər Tonqa derlər bir xaqan vardı,
Ona yer üzü dar, göy üzü dardı.
Tuğ (sultan) eləmişdi göy yüzünə günəşi.
Bilgəlikdə dəxi yoxdu bir eşi.
Göy Türk, Uyğur, Karluk, Qaraxanlı.
Daha neçə Türklər adları şanlı,
Onu özlərinə ata saydılar,
Şöhrətini dörd bucağa yaydılar.
Uçmağa (behişt) varınca ol ulu xaqan,
Yıxıldı üstlərinə göy kurıqan...
Anca qanlı yaş töküb yoğladılar (donub qalmaq)
Çığırışıb ağladılar, ağladılar...
("Alp Ər Tonqa dastanı”ndan)
(Firdovsi əsərində onu çox aşağılayır). Farsların xəyanəti sonucunda qətlə yetirilib. Alp Ər Tonqa dastanını Turan salnaməsi saymaq olar. Bununla qürur duymaq gərəkdir.
- Sizcə tarixçi alim Franqrasyanın Əfrasiyab- Alp Ər Tonqa olduğundan xəbərsizdir?
- O zaman tarixçi alimin hansı tutarlı arqumentləri varsa, buyursun bizləri tanış etsin. Görək onu təmin etməyən məsələlərin kökü nəyə gedib dayanır.
İşin qəribə cəhəti ondadır ki, belə məsələlərlə bağlı ziddiyyətli fikirlərin formalaşmasını tarixçi alimlər sağlayır. Nədən tarixçi alimlərin bir çoxlarının düşüncələri milli dəyərlərimizin inkarı üzərində gəzişir? Əgər sayğıdəyər Həsən Həsənov bu məsələlərə aydınlıq gətirsə sevinənlərdən olarıq.
- Avestada etnik qruplar konkret olaraq Xeyir və şərə bölünür, Bu barədə nə deyə bilərsiz?
- Əhəmənilərin dəyişiklik elədikləri mətnlərdə belə şeylərə rast gəlmək olar. Ancaq Zərdüşt İnancında etnik bölücülükdən söz gedə bilməz. İnsanlıq uğrunda, İnsan uğrunda Hürmüzün döyüşü, Xeyirin Şər üzərində qələbə çalmaq məqsədi bəşəri anlam daşıyan ideyadır. Bu böyük ideyanı etnik separatizm səviyyəsinə endirib cılızlaşdırmaq yolverilməzdir.
- Avesta dini xarakterə malik kitab sayılmaqla yanaşı həm də tarixi mənbə kimi istifadə olunur. Amma bu kitabda fars adına rast gəlinmir. Daha doğrusu farslara arilər deyilir, Onların əslən hind-iran köçəri tayfa olduqları deyilir. Avestanın mətnlərinin bir çox hissəsinin məhvinə səbəb bu yazılanlar ola bilərmi?
- Doğrudur, Avesta bilik sistemidir. Hətta Zərdüştün İnancı ilə sınırlanmır, ondan öncəki çağların bilgiləri də bu mədəniyyət sistemində öz əksini tapmışdır. Ancaq dediyimiz kimi, iki dəfə yandırıldığına görə bizə bəlli olmayan bir sıra şeylər silinib gedib.
Mən
farsların Avestanı məhv eləmələri faktını heç yerdə oxumamışam. Ola bilsin belə
bir şey olub, sadəcə mən bilmirəm. Gümanlarla danışmaq fakt demək deyil. Ancaq
bir şeyi deyə bilərəm ki, bu İnanc farslara doğma olmayıb. Ona görə də ərəblər
İslamla gələndə farslar Zərdüştçülükdən tez əl çəkdilər, döyüşsüz İslamı qəbul
elədilər...
- Avestada türk etnosuna aid olan adlar var?
- O çağlarda prototürk adları olub. İndi o adlar işlədilmir. Bunları tutuşdurub aydınlıq gətirmək etnoqrafların işidir. Bu məsələləri işləmək böyük qeyrət məsələsidir.
Əsas məsələ odur ki, İnanc Göy Tanrıçılığın davamıdır. Özündən sonra isə
Xürrəmdinlikdə dərin izləri vardır. Hürufilikdə də etkisini göstərmək mümkündür.
Onu da deyim ki, Avestada adları keçən coğrafi yerlər Azərbaycan torpaqlarıdır
– Savalan, Mil-Muğan və b.
- Həsən müəllim iddia edir ki, Zərdüştilik atəşpərəstlik deyil, zərdüştilər atəşə pərəstiş etmirlər. Atəşə pərəstiş edən xalq isə islamaqədərki türk əsilli xalqlardır...
- Məncə yuxarıdakı cavablarımız bu sualı da qapsayır. "Od İşığı” ideyası Göy Tanrıçılıqda da var, Zərdüştçülükdə də. Hürmüz əslində Əhrimən qaranlığını Od İşığı ilə yarır. Əhrimən ürəklərdə qaranlıq bəsləməyə çalışır. Bu qaranlıqda məkr, fitnə, qəbahət... böyüyür. Eybəcərlik insanın duyğularına, düşüncələrinə, əməllərinə yayılır. Bu zaman Hürmüz işığı (od) qaranlıqları yarır, duyğulardakı, düşüncələrdəki, əməllərdəki məkri, fitnəni, qəbahəti təmizləyir, mənəviyyat işığa çevrilir. Od çirkabı yandırdıqca işığa çevrilir. Arı (təmiz) duyğu, arı düşüncə, arı əməl ideyası təsdiq olunur.
- Siz sualı cavablandırmadınız. Zərdüştilik atəşpərəstlikdirmi?
- Mən sualı cavablandırdım. Yuxarıda dedim ki, türklər odsevər, yəni atəşpərəst olmayıblar, İşıqsevər olublar. Odun İşıq anlamı əsas götürülüb. Zərdüştçülük də həmin şeydir. Odla çirkin yandırılıb təmizlənməsi ideyası. Bu ideya onu Prometey atəşçiliyindən fərqləndirir. Yəni odun istisini deyil, işığını qəbul edir. Bu elə sizin soruşduğunuz atəşpərəstlik məsələsidir.
Yaxşı,
əgər Zərdüşt, belə deyək, atəşpərəstlik inancının banisi deyilsə, onda onun
dininin adı nədir?!
- Zərdüştlə İsanın həyatının oxşar cəhətlərinin çoxluğundan danışılır. Bu şəxslərin sadə insanlardan daha çox müridlərinin əhatəsində olduğu deyilir.Ancaq roma tarixçisi Diodor İsadan fərqli olaraq Zərdüştin Bəlx şahı olduğunu yazır. Zərdüştin siyasi həyatı haqqında bilgilər doğrudur?
- Zərdüşt heç yerin şahı olmayıb, ayrı-ayrı çağlarda təqiblərə uğrayıb. Olduqca yoxsul həyat sürüb.
- Son olaraq Avesta, Zərdüştilik və türk etnosu haqqında nə deyərdiniz?
- Ümumiləşdirib deyəcəm. Zərdüşt Azərbaycanlıdır. O, özünün "Doğum Kitabı”nda yazır ki, gəncliyində biliyi Xarranda müdrik İlyasdan alıb.
Sonra, "Zərdüştlüyün mifologiyası” kitabında belə bir bölmə var: "O gecə ki, Zərdüşt doğulacaqdı, Əhrimən bütün devlər üzərində hökmranlıq edən ən qəddar devləri bir yerə çağırıb yenicə dünyaya gələcək uşağı öldürmək əmriylə Foruşaspın evinə göndərdi. Lakin Ahuranın xeyirxah əməlləri doğan qadını müdafiə ilə xüsusi Xvarna və ailə odu ilə əhatə etdi və devlər nəinki Dukdauba ziyan vura bilmədilər, onlar heç evə də yaxın düşə bilmədilər. Odun və Xvarnanın şöləsi onlar üçün dözülməzdir...”. Baxın, bu da Zərdüştün Odsevər (atəşpərəst) olduğuna bir fakt. Odçuluq Zərdüşt doğulandan onun aqibətinə girib. (Haşiyə çıxım: Odsevərlik mahiyyətcə İşıqsevərlikdir).
Zərdüştün davamçıları maqlar (muğlar) olub. Maqlar Azərbaycan türkəsilli kahinlərdir.
Əhəmənilər hakimiyyətə gələndən sonra Zərdüştçülüyü dövlət dini elədilər. Avestanı öz dillərinə çevirdilər, bu zaman bir sıra dəyişikliklər etdilər. Zərdüştçülük ilk dəfə Madayların dini olub, Yaxın Doğuya da onlardan yayılıb.
Zərdüştçülük məbədləri atəşgahlar adlanıb. Həmin atəşgahlar bu günə qədər də yaşadılır. Abşeronda, Güney Azərbaycanın bir sıra bölgələrində, o sıradan Urmiyada Azərqoşəst atəşgahı Zərdüştçülüklə bağlıdır.
Avesta
– Şumer-Babil (Baba El) mifləri, inancları, gələnəkləri, fəlsəfi düşüncə
yönləri ilə dolğunlaşmış bilik sistemidir. Zərdüştün dünyagörüşü ilə
yenilənmiş, zənginləşmiş, 21 əsərdən oluşan mədəniyyət abidəsidir. Türkün
Tanrıçılıq ruhunu, Varlığa münasibətini, həyat qaydalarını, nizamını əks
etdirir. Buradakı türk Panteizmi bəşəriyyətin düşüncə yönünə əsaslı etki
göstərmişdir. Bu həqiqətlər çoxsaylı araşdırmalarla sübuta yetirilib. Məsələn,
S.N. Kramer, D.Q. Reder, M. Boys, E. Kempfer, C. Xanvey, K. Kossoviç, Düperron
Anketil, Ə.R. Biruni və b. araşdırmaçıların sunmalarında söylədiyimiz məntiqlər
üzə çıxır.
Qlobal.az
Müsahibəni apardı: Mübariz Məmmədov