Sosial şəbəkələrin qəhrəmanına çevrilən Pərvanədən video müraciət: "Alo, müxalifət..."
Oktyabr 15
12:36
2019
Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova video müraciət yayıb. Lent.az -ın məlumatına görə, onun yaydığı video müraciət nə qədər məyus edici olsa da bir acı reallıqdır.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Pərvanə Əhmədovanın oğurlanması barədə xəbərlər yayılmışdı. Daha sonra mətbuata açıqlama verən Pərvanə Əhmədova bildirib ki, heç bir təhdid yoxdur, salamatçılıqdır.
Belə ki, redaksiyamıza daxil olan video müraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə ittiham edib.
Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünə məxsus formada müxalifət düşərgəsinə müraciət edib. O müraciətində: "Alo eşidirsiniz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb...
Qlobal.az