SON XƏBƏR

Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs saxlanıldı

Yanvar 18
12:03 2023
Sosial şəbəkələrdə  haker  qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə "mesajları əldə etmə”, "telefon dinləmə” "sosial şəbəkə hesablarının sındırılması”, "kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləqlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini  yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar  edib. 

Araşdırmalar davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook