"Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir" - Pezeşkian
Fevral 18
07:19
2026
İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa buraxılması üçün müvafiq orqanlarla danışıqlar aparıldığını bildirib.
"Report" "Entekhab"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə toplantıda çıxışı zamanı deyib.
O qeyd edib ki, sosial problemlərin həlli rasionallıq, nəzakət və müdriklik tələb edir, düşüncə və baxışları məcburi metodlarla dəyişmək olmaz.
İran Prezidenti bildirib ki, etirazlarda minimal rol oyanayan və aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa çıxması üçün məhkəmə sistemi ilə danışıqlar aparılır: "Cəmiyyətdəki çatların təmir eidlməsi qaçılmaz zərurətdir".



