SON XƏBƏR

Sorğu: Gürcüstan ABŞ bazalarının açılmasına “hə” dedi

Oktyabr 16
11:05 2020
ABŞ-ın Gürcüstanda hərbi bazasının açılması ən azı vətəndaşların 64%-i tərəfindən dəstəklənir.

Qaynarinfo xəbər verir ki, "Edison Research” kompaniyasının Gürcüstanın "Formula” televiziya şirkətinin sifarişi ilə apardığı araşdırmadan sonra alınan nəticə bu olub.

Respondentlərin 36 faizinin bazaların açılmasına mənfi münasibət bildirdikləri qeyd olunur. Neytral mövqe ehtimalı əvvəlcədən nəzərdə tutulmayıb.

"Edison Research” şirkətinin vitse-prezidenti Nino Japaridze Amerika hərbi mövcudluğunu dəstəkləyənlərin sayının keçən ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Həmin vaxt nisbət təxminən bərabər olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook