"Son sözü Azərbaycan xalqı deyəcək‚ seçki günü‚ sandıq başında"- Politoloq
Sentyabr 24
23:56
2016
"Referendum yaxınlaşdıqca‚ Azərbaycanın uğurlarından narahat olan düşmən qüvvələr daha da aqressivləşir. Son günlər ölkəmizə qarşı start götürən anti-kampaniyalar və təxribatlar bunu deməyə əsas verir".
Bu fikri beynəlxalq təşkilatların Azərbaycan haqqında səsləndirdikləri hesabatların məqsəd və mahiyyətindən danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.
Politoloq Azərbaycana qarşı olan qərəzli fikirlərə cavab olaraq bildirib ki‚ Ölkəmizdə Referenduma səsvermə günü yaxınlaşdıqca xarici düşmən qüvvələr daha da aqressiv şəkildə Azərbaycana qarşı şantaj və qarayaxma anti-kampaniyaları həyata keçirtməyə çalışırlar.
"Bu qüvvələrin başında gələn erməni lobbisi var qüvvəsilə Azərbaycana qarşı hücuma keçib və bütün ermənipərəst dairələr‚ düşmən qüvvələr Azərbaycana qarşı beynəlxalq müstəvidə təxribat yaratmağa çalışır. "Freedoom House"nin indiki rəhbərliyini icra edən Daniel Kalinqaerdin Azərbaycana dair səsləndirdiyi fikirlər‚ eləcədə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti haqqında qurumun məruzəçisi Mişel Forstun‚ "Venesiya Komissiyası"nın‚ "The Human Right Whatch" və bir çox dairələrin dilindən səslənən qərəzli və anti-Azərbaycan xarakterli hesabatlar ümumilikdə Azərbaycana qarşı bir əldən idarə olunan şantaj‚ ölkəmizə təzyiq etmək və Azərbaycanın daxili işlərinə qarışmaq mexanizması olmaqla yanaşı‚ eyni zamanda Azərbaycana qarşı erməni lobbilərinin həyata keçirtdiyi anti-kampaniyaların tərkib hissəsidir. Anbaan anti-Azərbaycan koalisiyası formalaşmaqda və hamısı bir əldən‚ vahid mərkəzdən idarə olunmaqdadır. Məqsədləri Azərbaycanı nüfuzdan salmaq‚ ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq‚ dünya birliyində müstəqil siyasət həyata keçirən və müstəqil addımlayan ölkə olmasının qarşısını almağa çalışmaqdır. Çünki güclü Azərbaycanı ermənistan üçün güclü düşmən və arzuolunmaz rəqib hesab edirlər. Bu səbəbdən ermənipərəst dairələr hamısı Azərbaycana qarşı qarayaxma və şantaj dolu siyasi hücumlara başlayıblar. "Freedoom House"nin‚ "The Human Right Whatch"ın‚ "Venesiya Komissiyasının" və Mişel Forstun bəyanatları Azərbaycana qarşı sırf şər-bohtan‚ şantaj və qarayaxma kampaniyasının açıq təzahürüdür. BMT kimi nəhəng bir təşkilatın insan haqqları üzrə məruzəçisinin qeyri-obyektiv ifadələr səsləndirməsi dünyanın taleyini öz çiyinlərinə almış BMT kimi bir qlobal təşkilatın adına xələl gətirəcək haldır. Eyni zamanda bu qurumun obyektivliyini birmənalı olaraq sual altında qoyur. Mişel Forst Azərbarcan haqqında bəyanatı səsləndirərkən artıq bütün konjektorları və siyasi tendensiyaları aşmış oldu. Nə Mişel Forstun‚ nə də digər insan haqqları təşkilatlarının səsləndirdiyi fikirlər Azərbaycan reallığını əks etdirmir və Azərbaycan həqiqətlərindən son dərəcə uzaq fikirlərdir. Əvvəla Azərbaycanda bütün fundamental insan haqqları və hüquqları qorunmaqda‚ o cümlədən azad söz və ifadə azadlığı təmin edilməkdədir. Azərbaycan dünyanın ən tolerant və ən multukultural ölkəsi olmaqla yanaşı bütün demokratik dəyərlər prinsipləri də son dərəcə qorunmaqdadır. Müxalifətin son həftələr keçirtdiyi davamlı mitinqlər də buna əyani sübutdur. Azərbaycan dövləti və hakimiyyəti müxalifətin mitinqlərinin azad və rahat mühitdə keçirilməsi üçün bütün lazımı şəraiti təmin etdi. Bütün dünya da bu mitinqləri canlı izlədi. Polis mitinqin təhlükəsizliyini qorudu‚ müxalifətə‚ azad sözə istənilən meydan verilib‚ amma müxalifətin sosial bazası və elektaratı olmadığı üçün mitinqlərə insan kütləsi gəlmədi. Bir daha görüldüki müxalifətin bazası sıfıra bərabərdir. Əgər Azərbaycan xalqı müxalifətin çağırışına cavab verməyibsə deməli xalq dövlətin və hökumətin yanındadır. Çox təəssüfki elə xarici dairələr də məhz bunu həzm edə bilmir. Azərbaycana dair səslənən bütün qərəzli və şantaj dolu ifadələr birbaşa məkrli erməni lobbisinin sifarişidir. BMT İnsan Haqqlarının məruzəçisi Mişel Forstun diqqət çəkəcəyi ilk məqam da elə bizim Qarabağdan qaçqın düşmüş 1.000.000 qaçqın və məcburi köçkünlərimiz və onların başlarına gələn müsibətlərdir. Lakin çox təəssüf ki‚ biz BMT-nin hesabatlarında buna rast gəlmirik. Üstəlik işğalçı ermənistanın işğal etdiyi 20 faiz Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə qədər icra olunmayıb. Bu isə Beynəlxalq hüquq tendensiyalarının əxlaqsızcasına və dəhşətli pozuntusudur. Cənab Mişel Fosrtun diqqət çəkməli olduğu nöqtə budur. Odur ki‚ Mişel Forstun hesabatı anti-Azərbaycan xarakterli qərəzli və qeyri-obyektiv fikirlər olmaqla yanaşı erməni maraqlarının bu bölgədə qorunmasına xidmət göstərməkdir. Təbii ki‚ bu da məkrli erməni lobbisinin həyata keçirtdiyi iyrənc fəaliyyətlərinin göstəricisidir. Çünki bölgədə münaqişə şəraitində olan iki ölkənin birinə qarşı son dərəcə güzəştlər edilir‚ hörmət və ehtiram göstərilir‚ hətta ermənistanın başına sığal çəkilir‚ heçbir gözün üstə qaşın var deyilmir‚ işğal etdiyi yad torpaqlardan çıxarılmır‚ bunun əks fonunda isə Azərbaycana qarşı son dərəcə kəskin şəkildə kin və nifrət yağdırılır‚ Azərbaycana qarşı şiddətli hücumlar həyata keçirilir və dayanmadan anti-kampaniyalar planlanır. Var qüvvələrilə öləmizə qarşı təxribatlar yaradılmağa çalışılır. Hazırki istək və məqsədləri ölkəmizdəki Konstitusiyaya ediləcək dəyişikliyi‚ müstəqil və güclü dövlətçilik islahatlarını və o cümlədən ölkəmizin artan xəttlə yüksələn inkişafını pozmaqdır. Amma Referendumda seçkinin taleyini həll edəcək qüvvə Azərbaycan xalqıdır. Bir vacib məqamı yenə unudurlar ki‚ son sözü Azərbaycan xalqı deyəcək‚ seçki günü‚ sandıq başında!"-deyə, Mirsamir məmmədov bildirib.
Qlobal.az



