SON XƏBƏR

Somalidə terrorçular 54 sülhməramlını öldürüb

İyun 05
09:12 2023
Ötən həftə "Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.

"Report” xəbər verir ki, bunu Uqanda prezidenti Yoveri Museveni bəyan edib.

Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib:

"Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. "Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücum cəhdi ediblər, lakin qüvvələrimiz əhəmiyyətli zərbə vuraraq, onları qaçmağa məcbur edib”.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook