"SOCAR Trading" Hyustonda ofis açmaq istəyir
Fevral 24
15:05
2016
SOCAR-ın ticarət evi olan "SOCAR Trading" şirkəti ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Reuters-ə müsahibəsində şirkətin icraçı direktoru Arzu Əzimov deyib.
A.Əzimov qeyd edib ki, ofis ABŞ-da və onun hüdudlarından kənarda neft və neft məhsulları üzrə ticarət əməliyyatlarının aparılması məqsədilə açılacaq: "Bizim Kanadanın Kalqari şəhərində ABŞ və Kanada arasında ticarət imkanlarını öyrənən ofisimiz də var".
Qeyd edək ki, mənzil-qərargahı Cenevrədə olan "SOCAR Trading" 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılıb.
Qlobal.az