SOCAR “Tamar” layihəsində iştirak payı alıb
Yanvar 31
19:00
2025
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan "Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb.
"Report” SOCAR-a istinadən xəbər verir ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.