“SOCAR Downstream Management”in direktoru dəyişib
![](https://qlobal.az/photo/680x365/2023-01/1675082811_fotojet-2023-01-30t162201.291.jpg?1722047306)
Yanvar 30
16:46
2023
Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – "SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.
"Report” xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.
Xatırladaq ki, "SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.
Qlobal.az