SOCAR 2015-ci ildə dövlət büdcəsinə 1,5 milyard manata yaxın vəsait köçürüb
Yanvar 13
09:00
2016
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin dekabrında dövlət büdcəsinə 75 milyon 320 min manat vəsait ödəyib. 2015-ci ildə isə SOCAR büdcəyə 1 milyard 480 milyon 195 min manat vəsait köçürüb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, keçən ilin dekabrında şirkət Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 688 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 108,4 faiz çoxdur. 2015-ci ildə isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 milyon 294 min manat təşkil edib.