SON XƏBƏR

Sloveniyada seçkini gəlmələrin düşməni uddu

İyun 04
13:16 2018
Sloveniyada iyunun 3-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, gəlmələrə qarşı sərt münasibəti ilə tanınan Demokrat
Partiyası 27%-ə yaxın səs toplayaraq önə çıxıb. Bu partiyanın lideri Yanez Yanşa 2004-2008-ci və 2012-2013-cü illərdə baş nazir olub.
 
Demokrat Partiyasının müttəfiqi sayılan Yeni Sloveniya Partiyası parlamentə 7%-dən bir qədər çox səslə düşüb.
 
Maryan Şaretsin başçılıq etdiyi blok 13%-ə yaxın səslə ikinci, sabiq baş nazir Miro Seraranın Müasir Mərkəzçi Partiyası 10%-ə yaxın səslə üçüncü yeri tutub.
 
Sloveniya parlamenti 90 nəfərlikdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook