"Slovakiya Ukraynaya elektrik enerjisi tədarükünü dayandırır" - Fitso
Fevral 24
08:13
2026
Slovakiyanın Baş naziri Robert Fitso ölkənin elektrik şəbəkələri operatoruna Ukraynaya elektrik enerjisi tədarükünün dayandırılması barədə xahiş ünvanlayıb.
"Report" xəbər verir ki, o, bu barədə feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
Fitsonun sözlərinə görə, bu gündən etibarən Ukrayna tərəfi ölkənin enerji şəbəkəsinin sabitləşdirilməsində kömək üçün Slovakiyaya müraciət edərsə, o, bu köməyi almayacaq.
"Təkçə 2026-cı ilin yanvar ayında bu fövqəladə tədarüklər Ukraynanın enerji şəbəkəsinin sabitləşdirilməsi üçün 2025-ci ilin bütöv dövrü ilə müqayisədə iki dəfə daha çox lazım olub", - o yazıb.



