SON XƏBƏR

Skandal - Hollandiya səfirliyində holland bayrağı endirildi, yerində Türkiyənin bayrağı qaldırıldı

Mart 12
16:03 2017
Hollandiya ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik skandal artıq pik həddə çatıb.
 
Bu gün Hollandiya prezidenti Türkiyənin baş nazirinə zəng edərək yaranmış vəziyyətə görə məyusluq ifadə edib.
 
Qlobal.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə istirahət mərkəzlərinin Hollandiya vətəndaşlarına xidmətlərini dayandırdıqları da yayılan məlumatlar arasındadır.
 
Digər məlumatda isə İstanbulda yerləşən Hollandiyanın baş konsulluğunun binasından Hollandiyanın bayrağının çıxarılaraq yerinə Türkiyə bayrağının sancıldığı deyilir.
 
Qeyd edək ki, türk bayrağını Hollandiya konsulluğuna sancan şəxsin kimliyi barədə məlumat verilmir.
 
Qlobal.az
 
 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook