"Siz kimsiz?"
Mart 26
17:51
2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Türk Sahibkarları Qurultayındakı çıxışı zamanı Can Dündar və Ərdəm Gülün məhkəməsinə gedən konsulları tənqid edib.
Musavat.com xəbər verir ki, Ərdoğan çıxışı zamanı bunları deyib: "Dünən məlum bir jurnalistin məhkəməsi var idi. Məhkəmə prosesinə İstanbuldakı konsullar da getmişdi. Siz kimsiz? Nə işiniz var orda? Diplomatiyanın da bir ədəbi var”.
Konsulları tənqid edən Ərdoğan Tütkiyənin onların ölkəsi olmadığını vurğulayıb: "Bura sənin ölkən deyil, bura Türkiyədir. Sən konsulluq binası və ya sərhədləri içərisində hərəkət edə bilərsən. Digər şeylər üçün icazə almalısan”.
Qlobal.az



