SON XƏBƏR

Siyavuş Qasımov postunu itirdi, ətrafı təmizləndi… - FHN-də yerdəyişmə

Avqust 14
21:27 2024
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəis müavini, daxili xidmət polkovniki Siyavuş Qasımov tutduğu vəzifədən azad edilib. 

Bu barədə məlumatı Azinforum.az-a FHN-ə yaxın mənbələr verib. Bildirilir ki, Siyavuş Qasımov başqa işlə təmin olunub.

Bundan sonra o, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYMX) rəis müavini vəzifəsini icra edəcək. Siyavuş Qasımovla yanaşı Yanğın Nəzarəti Xidmətinin 10 -dan artıq rəhbər işçisi də tutduğu vəzifələrdən azad edilərək- ya sərəncama götürülüb, ya da başqa vəzifəyə keçirilib.

Əslində, bu yerdəyişmə Siyavuş Qasımovun "vurulması” anlamına gəlir. Çünki Siyavuş Qasımov

Yanğın Nəzarəti Xidmətinin gəlirli sahəsi olan: "elektrik aktları”, "yanğın təhlükəsizlik aktları”, "siqnalizasiya aktları”nın verilməsinə nəzarət edirdi.

Bu aktlar olmadan istənilən "obyekt” fəaliyyət göstərə bilməz. Hətta bu sahədə aktların verilməsində monopoliya yaradan: "Safelife” və "Voltec” kimi şirkətlərin də ona yaxın şəxslərə məxsus olduğu söylənilirdi.

Bir neçə ay əvvəl Azinforum.az olaraq Siyavuş Qasımov tabeliyində olan inspektorlara "obyektlərə” aktların satılması ilə bağlı konkret "tas” qoyduğu ilə bağlı məlumat paylaşmışdıq. Həmin məlumatı bizə Yanğın Nəzarəti Xidmətində işləyən, lakin adının çəkilməsini istəməyən bir inspektor ötürmüşdü.

Həmin adam hətta Siyavuş Qasımovun onlarda günlük "planı” tələb edən səs yazısını da bizə göndərmişdi. Əldə etdiyimiz məlumata görə, biz bu məlumatı iştimailəşdirəndən sonra Siyavuş Qasımovun fəaliyyəti yoxlanmağa başlayıb və nəticədə o sevdiyi işi ilə vidalaşmalı olub.

Həmin vaxt Siyavuş Qasımovun elçiləri müxtəlif üsullarla materialın silinməsinə çalışsalar da, səyləri nəticə verməmişdi. Əldə etdiyimiz dəqiq məlumata görə, bu barədə hazırlanan videomaterialın sosial şəbəkə hesablarımızdan silinməsi üçün bəzi proqramçılara da müraciət edilmişdi.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook