SON XƏBƏR

Siyavuş Novruzov “...YAP-a alternativ ola bilməzlər”

Avqust 25
13:57 2016
"Təşviqat qruplarının qeydə alınması Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi müddəti avqustun 22-də başa çatıb”.
 
Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
 
YAP funksioneri müxalifətin təşəbbüs qrupları yaratmasına da münasibət bildirib. Siyavuş Novruzovun sözlərinə görə, onlar təbliğat-təşviqat zamanı YAP-a alternativ ola bilməzlər.
 
"Ümumiyyətlə, YAP-a təbliğat və təşviqat zamanı hər hansı siyasi qurum, təşkilat, partiya, fərd heç zaman alternativ ola bilməyib. Heç bundan sonra da ola bilməyəcəklər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook