Siyavuş Novruzov: “Milli Şura 11 sentyabr mitinqini evdə də keçirə bilər”
Sentyabr 04
14:11
2016
"Nə stadion, nə də polis əməkdaşları ayırmağa ehtiyac qalmaz”
Millət vəkili Siyavuş Novruzov 24saat.org-a açıqlamasında Milli Şuranın 11 sentyabr mitinqi ilə bağlı maraqlı fikirlər səsləndirib. Milli Şuranın xalqın dəstəyindən məhrum olduğunu bildirən S.Novruzov, 11 sentyabr aksiyasının "Məhsul” stadionunda deyil, evdə də keçiriməyin mümkün olduğunu vurğulayıb:
"Milli Şuranın ətrafında sosail baza, elektorat yoxdur. Onlar öz qohum-əqrabalarını bir evə yığıb orada da söhbət edə bilərdilər. Belə olsaydı bundan ötrü meydan ayırmağa, oradakı insanların təhlükəsizliyini təmin etmək üçün bu qədər polis əməkdaşı cəlb etməyə ehtiyac olmazdı”.(24saat.org)
Qlobal.az



