Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
Noyabr 19
07:46
2024
"Dialoqdan imtina və danışıqlar üçün kanalların bağlanması Avropa İttifaqının Ukrayna münaqişəsində strategiyasının uğursuzluğunun əsas səbəbləri olub”.
Onun sözlərinə görə, vurğu diplomatik və kommunikasiya kanallarına, dialoqa, danışıqlara deyil, onların bağlanmasına və tərk edilməsinə yönəlib: "Bunun əsas məsuliyyəti Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrellin üzərinə düşür”.
"Report” xəbər verir ki, bu fikri "M1” kanalında Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.