SON XƏBƏR

Şirkət rəsmisi: “Gömrük işçiləri bürokratik əngəllər yaradırlar”

Mart 14
11:43 2016
Azərbaycanda ekspertizanın aparılma müddəti onun məqsədindən və qoyulmuş sualların mürəkkəbliyindən asılı olmayaraq, 20 gün müddəti ilə məhdudlaşdırılmalıdır. Bu da gömrük əməkdaşlarının sui-istifadə etməsinə və bürokratik əngəllərə təsir edir.
 
"Report" xəbər verir ki, bunu "Ersnt & Young Azerbaijan" şirkətinin nümayəndəsi Arzu Hacıyeva deyib.
 
A.Hacıyeva bildirib ki, Azərbaycanda subpodratçı şirkətlərin öz müştərilərinin azadolma sertifikatlarını gömrük orqanlarından almaq hüququ yoxdur: "Biz tez-tez belə hallarla rastlaşırıq. Subpodratçılar azadolma sertifikatı ala bilmir, bu da bürokratik əngəllərdən biridir. Dəfələrlə olub ki, müştərimizə bütün sənədləri verəcəyimizi, amma gömrük orqanlarının həmin sertifikatı verəcəyinə zəmanət verə bilməyəcəyimizi demişik".
 
"E&Y Azerbaijan"ın nümayəndəsi həmçinin hava limanlarında malların növündən asılı olmayaraq skanerdən keçirildiyini də açıqlayıb: "Bilirsiniz ki, hava limanında iki - "yaşıl" və "qırmızı" dəhliz var. Amma nədəndirsə, aeroporta düşəndə gömrük əməkdaşları bütün yükləri "qırmızı xətt"in keçidində quraşdırılmış skanerdən keçirilməsini tələb edirlər".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook