“Sipark İnşaat”ı 35 min manat cərimə gözləyir – Yaşıllıq məhv edilib
Yanvar 19
01:12
2024
"Sipark İnşaat” məhkəməlik olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tikinti şirkəti yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozmaqda ittiham edilir və barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilib.
"Sipark İnşaat” şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan ağacların və ya kol əkililərinin zədələnməsində, məhv edilməsində, habelə qanunsuz kəsilməsində ittiham olunur.
Şirkətin təqsiri sübuta yetirilərsə, "Sipark İnşaat” rəhbərliyi 35 min manat cərimə olunacaq.

Qeyd edək ki, işə Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Qlobal.az