Şimali Koreya sözünü tutdu: bu gün nüvə sınaq sahəsini bağlayacaq
May 24
16:06
2018
Şimali Koreya bu gün "Punggye-ri" nüvə sınaq sahəsini bağlamağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, proses xarici jurnalistlərin müşayiəti altında həyata keçiriləcək. ABŞ-ın "DigitalGlobe" şirkəti ölkənin şimal-şərqində yerləşən sahənin fotolarını yayımlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında 12 iyunda görüş planlaşdırılır. Lakin tərəflər arasında son dövrlərdə gərginlik hökm sürür. Son olaraq Şimali Koreyalı diplomat ABŞ-ın vitse prezidenti Mayk Pensi "axmaq" adlandırıb və razılıq əldə edilməsə, Şimali Koreyanın nüvə sahəsində işlərə davam edəcəyini vurğulayıb.