Şimali Koreya daha bir ballistik raketini sınayıb
Mart 18
16:56
2016
Şimali Koreya hakimiyyəti Yapon dənizinə növbəti ballistik raketini buraxıb.
"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.
Sınaq barədə əlavə məlumat yoxdur. ABŞ faktı təsdiq edib. Bundan öncəki iki ballistik raket sınağı barədə martın 10-da məlumat verilmişdi.
Qlobal.az



