SON XƏBƏR

Şimali Koreya ABŞ-la diplomatik münasibətlər qurulmasını, sanksiyaların ləğvini istəyir

May 31
15:41 2018
Şimali Koreya tərəfi KXDR-ABŞ sammitinə hazırlıq zamanı Vaşinqtondan diplomatik münasibətlər qurmağı və sanksiyaları aradan qaldırmağı "israrla tələb edib”.
 
KXDR nümayəndələri artıq nüvəsizləşdirmə istiqamətində addım atdıqlarını ("Phunqeri” nüvə poliqonun ləğvi) və tam nüvə tərk-silahına nail olmaq niyyətində olduqlarını bildiriblər.
 
"ABŞ-la diplomatik əlaqələr qurulsa və bizə qarşı düşmənçilik siyasəti dayandırılsa, məsələn, KXDR-ə qarşı sanksiyalar aradan qaldırılsa, Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq”, - "Çunan İlbo” qəzeti belə yazır.
 
Əgər ABŞ-ın dövlət katibi Mayk Pompeo və KXDR İşçi Partiasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çholun görüşü uğurlu alınsa, hər iki ölkə lideri Pxenyanın nüvə tərksilahı, sanksiyaların ləğvi və diplomatik münasibətlərin qurulması barədə saziş imzalaya bilər.
 
Vaşinqton isə öz növbəsində qarşı tələblərlə çıxış edib. ABŞ Pxenyandan mövqeyini dəyişə bilməməsi üçün tam nüvəsizləşdirmə niyyətini göstərməsini, məsələn, nüvə silahını qismən ölkədən çıxarmasını tələb edib. Pxenyan isə buna cavab olaraq Vaşinqtondan yarımadadakı strateji obyektlərini bağlamasını və avqust ayında planlaşdırılan Cənubi Koreya-ABŞ müştərək "Ulchi-Freedom Guardian” hərbi təlimlərini ləğv etməsini istəyib.
 
Pxenyanın fikrincə bu, Şimal və Cənub arasında hərbi balans yaratmağa imkan verəcək.(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook