Şimali Kiprin xarici işlər naziri Türk Ağsaqqalları Birliyinin nümayəndələri ilə görüşüb - Fotolar
Mart 04
17:24
2022
Türk Ağsaqqalları Birliyi - TAİB-in nümayəndələri Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində bu ölkənin xarici işlər naziri Hasan Taçoyla görüşüblər.
Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev, millət vəkilləri Ramil Həsən, Anar İskəndərov, Elşad Mirbəşiroğlu, TAİB-in İcra Aparatının təmsilçiləri, Nicat Dağlar, Elnur Eltürk, Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətininin sədri Orxan Həsənoğlu və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin yeni rəhbəri Ufuq Arca Turganer iştirak edib.
Görüşdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında humanitar sahədə əməkdaşlığın inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətindən söz açılıb.
Türkdilli dövlətlər arasında inteqrasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan görüş iştirakçıları, qarşıdakı mərhələdə reallaşdırıla biləcək birgə layihələr barədə təkliflər də səsləndiriblər. Bu layihələrin təşkilində Türk Ağsaqqalları Birliyinin yaxından iştirak edəcəyini vurğulayan TAİB nümayəndələri səmimi qarşılanmaya görə xarici işlər nazirinə öz təşəkkürlərini bildiriblər.

Sonda xarici işlər naziri Hasan Taçoya Türk Ağsaqqalları Birliyinin hədiyyələri və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Anar İskəndərovun müəllifi olduğu kitablar hədiyyə olunub.