Silahlı terrorçunu əliyalın zərərsizləşdirən səfirlik işçisi kimdir?

Yanvar 27
15:47
2023
Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atlayan və onu zərərsizləşdirən səfirliyin təhlükəsizlik işçisi günün qəhrəmanına çevrilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, sözügedən şəxs əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğludur.