SON XƏBƏR

"Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb" - Gerasimov

Dekabr 18
15:01 2024
"Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”.

APA xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib:

"Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”.

Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında "Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb.

İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib.

Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook