SON XƏBƏR

SHXÇDX: əvvəlki ilin məzunlarına möhlət verilib

Mart 14
11:00 2022
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Belə ki, 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən "Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook