Şeyxin müavini gəlinini məhkəməyə verdi
Mart 30
11:11
2022
Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı gəlinini məhkəməyə verib.
Lent.az-ın məlumatına görə, Q.Cavadlı qardaşının həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib. Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl mediada tərəflər arasında ev alqı-satqısı zamanı bölgü məsələsi problemi ilə bağlı məlumatlar yayılmışdı. Ü.Cavadlının həyat yoldaşı Cavadlı Lətif Aydın oğlu ötən il avqust ayında dünyasını dəyişib.