Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb
Yanvar 23
13:47
2025
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Yeni ittiham 2008-ci il 1 mart iğtişaşları ilə bağlıdır.
Belə ki, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərini aşaraq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur.