SON XƏBƏR

Seymur Orucov: Başa vurduğumuz 2015-ci il gənclərimiz üçün uğurlu oldu

Yanvar 06
09:15 2016
«Başa vurduğumuz 2015-ci il gənclərimiz üçün uğurlu oldu».
 
Bu fikri yap.org.az saytı YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
 
S.Orucov bildirb ki, ötən il ərzində Azərbaycan gəncləri ən müxtəlif sahələr üzrə ciddi uğurlar əldə ediblər. Onun sözlərinə görə, bu uğurlardan YAP gənclərinə də böyük pay düşür.
 
«2015-ci ildə YAP Gənclər Birliyi çoxsaylı layihələr həyata keçirdi. Bu layihələr ən müxtəlif sahələri, mövzuları əhatə edirdi. Bütün bunlar ictimaiyyət, o cümlədən gənclər tərəfindən böyük maraqla qarşılandı. Biz bu ildə də müasir dlövrün tələblərinə uyğun, gənclərimizi maraqlandıran düşündürən layihələri həyata keçirməyi nəzərdə tuturuq»- deyə, S.Orucov vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook