SON XƏBƏR

Seyfəddin Əliyev sürücüsünün ölümündə ittiham olunur

Sentyabr 11
10:49 2023
1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.

"Qafqazinfo”nun məlumatına görə, E.Abdullayev bu gün səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin onun qohumları açıqlamasında məlumatı təkzib edib. Sonradan əldə etdiyimiz məlumata görə, həkim rəyində E.Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi qeyd olunub.

Başqa bir məlumata görə, Elman Abdullayevin intihar etməsinin əsas səbəbi Seyfəddin Əliyev tərəfindən ağır formada təhqir olunması olub. Bu baxımdan Seyfəddin Əliyevin vəzifədən çıxarılacağı və istintaqa cəlb olunacağı istisna deyil.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook