SON XƏBƏR

Sevil Zülfüqarova plagiat məqalələrinə görə vəzifəsindən uzaqlaşdırılıb

Noyabr 21
11:45 2020
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub.

Qlobal.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında elan olunub.

İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. MEK-in idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in yeni direktoru təyin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook