Səudiyyədən qadınlarla bağlı daha bir inqilabı qərar
Yanvar 12
11:29
2018
"Mülayim İslam" qaydalarını tətbiq etməyə başlayan Səudiyyə Ərəbistanında qadınlara növbəti hüquq veriləcək.
Daha əvvəl qadınlar yanında yaxın qohumu olan kişi cinsinin nümayəndəsi ilə səyahət edə bilirdi. Səudiyyə Ərəbistanı Turizm və Milli İrs Komitəsinin sədri Ömər Əl Mübarək açıqlama verərək bildirib ki, yaşı 25 və daha çox olan qadınlar 30 gün müddətinə sərbəst şəkildə ölkəyə daxil ola və gəzə biləcəklər. Bu addım turizm sektorunu canlandırmaq üçün atılıb.
Qeyd edək ki, sərt qanunları ilə bilinən ölkədəki proqressiv addımların müəllifi vəliəhd Məhəmməd İbin Salman hesab olunur. O, 2017-ci ilin 2-ci yarısından Səudiyyədə ciddi islahatlara başlayıb və qadınlara verilən hüquqlar günbəgün artırılır.(Qaynar)