SON XƏBƏR

Səudiyyə kralı Qətər əmirini Körfəz ölkələrinin sammitinə çağırdı

Dekabr 05
10:49 2018
Qətər əmiri Təmim bin Hamad əl Tani Səudiyyə Ərəbistanı kralı Salman Əbdül Əziz əs-Səuddan diplomatik ələqələrin kəsilməsinə baxmayaraq, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının dekabrın 9-da Ər-Riyadda keçiriləcək sammitinə dəvət alıb.
 
"Report” bildirir ki, əmirin bu dəvəti qəbul edib-etmədiyi barədə məlumat verilmir. Lakin bir müddət əvvəl Qətər hökumətinin media ofisinin nümayəndəsi bildirib ki,
Doha qonşularla yaranmış istənilən fikir ayrılığının həlli üçün həmişə açıq etimad dialoquna çağırıb.
 
Xatırladaq ki, bundan əvvəl Qətər 2019-cu ildə OPEC-dən çıxacağını bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook