SON XƏBƏR

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi “İlin adamı” seçilib

Dekabr 05
13:21 2017
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saud "İlin adamı 2017” seçilib.
 
"Report” xəbər verir ki, bu, "Time” jurnalı oxucularının online səsverməsi nəticəsində müəyyən olunub.
 
Səsvermədə iştirak edənlərin 24 faizi ona səs verib.
 
Səsvermənin nəticələrinə əsasən, iknci yerdə "MeToo” hərəkatı, üçüncü pilləni 5 faiz səslə Amerika futbolunun oyunçusu Kolin Kapernik, ABŞ-ın "Rusiya işi üzrə” xüsusi prokuroru Robert Müller və ABŞ-a valideynlərini qanusuz yolla keçirən gənclərdən ibarət "Xəyalpərəstlər” ("Dreamers”) qrupu bölüşdürüb. 
 
Siyahıda ABŞ-ın keçmiş dövlət katibi 7-ci, Almaniya kansleri Angela Merkel 11-ci, Fransa prezidenti Emmanuel Makron 12-ci, Roma Papası 13-cü, Rusiya prezidenti Vladimir Putin 14-cü, ABŞ prezidenti Donald Tramp 17-ci, Şimali Koreyanın lideri Kim Çen In isə 27-ci yerdə olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook