Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum- VİDEO
Yanvar 04
00:08
2016
İraqın paytaxtı Bağdadda Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücum edilib.
ANS PRESS-in məlumatına görə, raketin səfirliyin binasına yaxın ərazidən atıldığı bildirilir. Binadan tüstülər yüksələrkən bir vertolyot səfirliyin binasının ustundə uçmağa başlayıb.
Dünən edam edilən 47 nəfər üçün bu gün İraqdakı şiə liderlər es-Sədr və Sistani tərəfindən sərt etiraz və təhdidlər səslənmişdi. Hücumun şiə təşkilatı "Al-Nujaba" tərəfindən həyata keçirildiyi iddia edilir.
Səudiyyə Ərəbistanı 25 ildir bağlı olan Bağdad səfirliyi bir müddət əvvəl yenidən açılmışdı.
Səudiyyə Ərəbistanı 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Bağdad səfirliyini bağlamışdı.
Səfirliyin yenidən açılması ilə iki ölkənin təhlükəsizlik və terror mövzusunda əməkdaşlıq edəcəyi bildirildi. Səudiyyə Ərəbistanının Bağdada təyin edilmiş yeni səfiri Samir əl-Sabhadır.